BAKI, 19 iyun. TELEQRAF

İsrailin maliyyə naziri Bezalel Smotriç Livanın cənubunda dörd israilli əsgərinin “Hizbullah” terror təşkilatı tərəfindən öldürülməsindən sonra ölkəyə qarşı hücumların gücləndirilməsinə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

Baş verənləri “çətin səhər” adlandıran Smotriç qeyd edib: “Atəşlə danışmağın vaxtıdır”.

Nazir həmçinin Livana hərbi təzyiqin artırılmasına çağıraraq əlavə edib: “Cəhənnəmin qapıları açılmalıdır”.