BAKI, 19 iyun. TELEQRAF
“İsrail Müdafiə Qüvvələri bütün Livanı yandırmalıdır”.
Teleqraf xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanın cənubunda “Hizbullah” terror təşkilatının hücumunda dörd israilli əsgərinin öldürülməsindən sonra deyib.
“Amerikalılara böyük hörmət bəsləsəm də, İsrail bütün dünyaya açıq şəkildə göstərməlidir ki, övladlarımızın qanı və vətəndaşlarımızın təhlükəsizliyi alver mövzusu deyil, qurban verilə bilməz”, - nazir vurğulayıb.
Ben-Qvir həmçinin qeyd edib: “Bir israilli ananın hər gözyaşı üçün min livanlı ana ağlamalıdır. Bütün Livan yanmalıdır”.