BAKI, 18 iyun. TELEQRAF

“İsrail qoşunların Livanın cənubunda saxlanılması üzrə ABŞ ilə inadkar danışıqlar aparır”.

Teleqraf xəbər verir ki, bunu “Reuters”ə İsrail hökumətindəki mənbə deyib.

Rəsmi mənbə İsrailin mövqeyindən geri çəkilmək niyyətinin olmadığını bildirib.

İki israilli siyasətçi isə hökumətin İran barədə yanaşmasını kəskin tənqid edib. Sabiq müdafiə naziri Yoav Qalant söyləyib ki, İran nüvə qabiliyyətini qismən İsrailin səhv hesablamaları səbəbindən saxlayıb, bu, ciddi təhlükədir.

Hakim “Likud” partiyasından olan deputat Moşe Saada isə Baş nazir Benyamin Netanyahunu Livan məsələsində ABŞ-yə qarşı daha sərt xətt tutmağa çağıraraq, Livandan çəkilməyin İsrail üçün mövcudluq təhdidi olduğunu vurğulayıb.