BAKI, 18 iyun. TELEQRAF
İsrailin diaspora və antisemitizmlə mübarizə naziri Amiçay Çikli ABŞ-dən təzyiqlərə baxmayaraq, qoşunların İsraillə Livan arasındakı qeyri-rəsmi sərhədə - “Mavi Xətt”ə qədər çəkiləcəyinə şübhə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya danışıb.
“Əgər “Mavi Xətt”ə qayıtsaq, bu, uğursuzluq olardı. Geri çəkiləcəyimizi düşünmürəm. Lazım gələrsə, ABŞ-yə “yox” deməyi biləcəyik”, - Çikli vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunu Livanla müharibəyə və çoxsaylı insan ölümünə görə açıq tənqid etdikdən sonra Vaşinqtonla Təl-Əviv arasında gərginlik artıb. İran isə istənilən uzunmüddətli razılaşmanın İsrailin Livandakı hərbi əməliyyatlarının dayandırılmasını da ehtiva etməli olduğunda təkid edir.