BAKI, 17 iyun. TELEQRAF
“İsrail özünü ölkənin təhlükəsizliyini təmin etməyən heç bir razılaşmaya bağlı hesab etmir, İran nüvə və ballistik raket proqramlarını bərpa etsə, hərbi əməliyyatlar bərpa olunacaq, buna hazırıq”.
Teleqraf xəbər verir ki, bunu İsrailin energetika naziri və Təhlükəsizlik Kabinetinin üzvü Eli Koen deyib.
“İsrail İrana ciddi zərər vurmaq üçün lazımi kəşfiyyat və hərbi imkanlara malikdir, Tehran nüvə və ya raket proqramlarını bərpa etməyə cəhd etsə, yenidən tədbir görəcək”, - nazir bildirib.
Koen həmçinin İranı “Yaxın Şərqdəki qeyri-sabitliyin əsas səbəbi” adlandırıb: “Tehranın regiondakı təsiri dağıdıcı idi. Ərəb ölkələri İrandan gələn təhlükəni İsraillə eyni şəkildə qiymətləndirir və onunla mübarizədə əməkdaşlıq edə bilərlər”.
İsrail naziri “Hizbullah” Hərəkatını “İranın bir qolu” adlandırıb, o, tərksilah edilənə qədər Livan-İsrail münasibətlərində sabitlik və rifah perspektivinin olmayacağını sözlərinə əlavə edib.