BAKI, 12 iyun. TELEQRAF

ABŞ Qətər vasitəsilə İrana Vaşinqtonun təklif olunan razılaşma mətninə ​​etmək niyyətində olduğu dəyişikliklərə artıq ehtiyac olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi yazıb.

Agentliyin iddiasına görə, ABŞ Prezidenti Donald Trampın hərbi təzyiq, diplomatik təhdidlər və Qətər vasitəsi ilə İranın mövqeyini dəyişdirmək cəhdləri nəticə verməyib, Tehran yeni dəyişiklikləri qəbul etməyib.

“Tasnim” həmçinin qeyd edib ki, 14 bənddən ibarət mətn hələ də İranın müvafiq dövlət qurumlarında araşdırılır və bu proses yekunlaşana qədər danışıqların nəticəsi ilə bağlı səsləndirilən ehtimallar “etibarlı” hesab olunmayacaq.