BAKI, 6 iyun. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlarda Livanın Tehran üçün "sövdələşmə vasitəsi" olması barədə Livan Prezidenti Cozef Aunun bəyanatını tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə İran XİN başçısı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Əgər Livan ABŞ ilə münasibətlərdə bizim sövdələşmə vasitəmiz olsaydı, onda biz çoxdan razılaşma əldə edərdik", - o vurğulayıb.
A.Əraqçi, həmçinin Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı C.Aunun mövqeyindən təəccübləndiyini ifadə edib, xüsusilə də, İsrail Müdafiə Ordusunun Livan ərazisində radikal "Hizbullah" qruplaşmasına qarşı quru əməliyyatı keçirməsinə istinad edib.
"Elə düşünmək olar ki, Livanın beşdə birini işğal edən, ölkə əhalisinin dörddə birinin köçkün düşməsinə səbəb olan və hər gün hücumlar həyata keçirən İrandır", - o bildirib.