BAKI, 5 iyun. TELEQRAF
Zənginləşdirilmiş uran ehtiyatlarının İrandan çıxarılması məsələsi hazırda ABŞ ilə danışıqlarda müzakirə olunmur.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” informasiya agentliyi mənbələrə istinadla bildirib.
Qeyd edilib ki, uran ehtiyatlarının üçüncü ölkəyə təhvil verilməsi məsələsi hazırkı mərhələdə danışıqların gündəliyində deyil. Agentliyin mənbəyi əlavə edib ki, ABŞ əvvəlcə müəyyən fundamental məsələlər üzrə aydın və qəti razılaşmalara nail olmaq üçün konkret və qətiyyətli addımlar atmalıdır.
“Fars” agentliyi həmçinin “Al-Hadath” telekanalının İranın uran ehtiyatlarının bir hissəsini üçüncü ölkəyə təhvil verməyə razılaşması ilə bağlı məlumatını “səhv” adlandırıb.