BAKI, 5 iyun. TELEQRAF

İran Pakistanı zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü ölkəyə ötürməyə razılıq verəcəyi barədə məlumat verib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Al Arabiya” bildirib.

Məlumata görə, ABŞ-İran danışıqlarındakı ən problemli məsələlərdən biri Tehranın dondurulmuş vəsaitləri ilə əlaqəlidir. “Al Arabiya” qeyd edib ki, ABŞ İranın bu aktivləri sərbəst buraxmaq tələbini israrla rədd edir.