BAKI, 2 iyun. TELEQRAF
İraqda keçirilən təlimlər zamanı ABŞ və Böyük Britaniya hərbçiləri həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Hadisə mayın 31-də İraqın Ərbil şəhərindəki ABŞ Hərbi Hava Qüvvələrinin bazasında qeydə alınıb. İnsident zamanı ABŞ Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu və bir britaniyalı hərbçi həlak olub.
Hadisənin təfərrüatları hələlik açıqlanmır. Həm ABŞ, həm də Böyük Britaniyanın rəsmi şəxsləri insidentlə bağlı ətraflı məlumat verməkdən imtina edirlər.