BAKI, 26 may. TELEQRAF

“Müharibə bəhanəsi ilə ölkəni yarıiflic vəziyyətə salmamalıyıq və cəmiyyətdə qeyri-real, təşviş yaradan atmosfer yaratmaq olmaz”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Zərərlərin bərpası və ölkənin infrastrukturunun gücləndirilməsi istiqamətində hərəkət etməliyik”, - dövlət başçısı vurğulayıb.