BAKI, 25 may. TELEQRAF

İran nüvə proqramını davam etdirmək və nüvə silahı əldə etmək qərarına gələrsə, heç bir beynəlxalq razılaşma bunun qarşısını ala bilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Maariv” yazıb.

İsrail nəşrinin fikrincə, Tehranın nüvə silahı əldə etməməsinin qarşısını ancaq iki yolla almaq olar:

“Birincisi, İranda siyasi sistemi dəyişdirmək; ikincisi, İran liderlərinin nüvə silahı barədə düşünməmələri üçün effektiv çəkindirici vasitə yaratmaq”.

“Maariv” əlavə edib ki, İran regionda “inqilabi şiə imperiyası” qurmağa çalışır, bu səbəbdən nüvə və ballistik raket proqramlarından, proksi qüvvələrindən və digər regional təsir vasitələrindən imtina etmək istəməyəcək.