BAKI, 12 may. TELEQRAF

İran ABŞ-nin mümkün yeni hücumlarına cavab olaraq uranın nüvə silahı dərəcəsinə qədər zənginləşdirilməsi məsələsinə baxa bilər.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai bildirib.

İ.Rezainin sözlərinə görə, Vaşinqtonun növbəti hücumlarına cavab olaraq Tehran uranın zənginləşdirilməsi səviyyəsini 90 faizə çatdırmağı planlaşdırır:

"Növbəti hücum baş verəcəyi təqdirdə, İranın fəaliyyət variantlarından biri uranın 90 faizədək zənginləşdirilməsi ola bilər. Biz bunu parlamentdə müzakirə edəcəyik".