BAKI, 12 may. TELEQRAF

İran ABŞ ilə danışıqları mümkün hesab edir.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

M.Pezeşkian Tehranın diplomatik müstəvidə dialoqa hazır olduğunu vurğulayıb:

"Rəqibə olan etimadsızlığımıza rəğmən, İran ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsipləri əsasında danışıqların aparılmasını mümkün hesab edir".

Prezident qeyd edib ki, İran Silahlı Qüvvələrinin döyüş meydanında əldə etdiyi bütün nailiyyətlər diplomatik arenada da möhkəmləndirilməlidir.