BAKI, 5 may. TELEQRAF

ABŞ-nin BMT-dəki nümayəndəliyi İran hakimiyyətini Nobel sülh mükafatı laureatı, güney azərbaycanlı fəal Nərgiz Məhəmmədini azad etməyə çağırıb.

Teleqraf xəbər verir ki, açıqlamada milli fəalın səhhətinin pisləşdiyi bildirilib.

“İran hakimiyyəti Nərgiz Məhəmmədini qadınlar və siyasi müxaliflərə qarşı pis davranışlar barədə həqiqətləri açdığına görə illərdir məşhur Evin həbsxanasında zəncirləyib. İndi fiziki vəziyyəti pisləşir, Tehran onun ehtiyac duyduğu təcili tibbi yardımı almasına mane olur. Onu həkimə aparın. İndi azad edin”, - açıqlamada qeyd edilib.