BAKI, 30 aprel. TELEQRAF

“Yaxın günlərdə dənizdə İranın imkanları nümayiş etdiriləcək, düşmənlər qulaqlarının dibində qorxduqları silahı görəcəklər”.

Teleqraf xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı general Şahram İrani deyib.

General ABŞ-nin region sularındakı hərbi mövcudluğuna, o cümlədən “Abraham Lincoln” aviadaşıyıcı qrupuna toxunaraq bildirib ki, İran Hərbi Dəniz Qüvvələri gəmiyə qarşı hava kampaniyası həyata keçirib və bu onu əməliyyatlar apara bilməyəcək hala gətirib.

İrani əlavə edib ki, gəmi təmirdən sonra və esmineslərin sayının artması ilə yenidən bölgəyə daxil olub, amma onun iddiasına görə, bu, ABŞ-yə məqsədlərinə çatmaq imkanı verməyib.