BAKI, 29 aprel. TELEQRAF
Livan Prezidenti Cozef Aun rəsmi Beyrutun İsraillə danışıqların başlaması üçün ABŞ-dən müvafiq tarix gözlədiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı iqtisadi təşkilatların nümayəndələrindən ibarət heyətlə görüşündə bildirib.
Cozef Aun məsələnin hazırda ABŞ Prezidentinin gündəmində olduğunu vurğulayıb.
O qeyd edib ki, bu, Livanı təhlükəsizliyə və sülhə qovuşdurmaq üçün dəyərləndirilməsi vacib olan bir fürsətdir.