BAKI, 21 aprel. TELEQRAF

İran ABŞ ilə danışıqlarının ikinci raundunda iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Fars” informasiya agentliyi mənbələrə istinadla məlumat yayıb.

“Son bir neçə gün ərzində bəzi media orqanları İslamabadda danışıqların ikinci mərhələsinin keçiriləcəyi barədə məlumat yaysa da, İranın danışıqlarda iştirak etməməsi ilə bağlı mövqeyi indiyə qədər dəyişməyib”, - mənbə qeyd edib.