BAKI, 21 aprel. TELEQRAF

“İranın ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri və parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistanda Vaşinqtonla danışıqlarda iştirak etmək niyyətinəd deyil”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əli Xəzrian deyib.

Deputatın sözlərinə görə, İranın aydın gündəm olmadan danışıqlarda iştirakı heç bir nəticə verməyəcək, bu, sadəcə ABŞ üçün enerji bazarlarını idarə etmək üçün vasitədir.

Xəzrian əlavə edib ki, Qalibafın yaxın çevrəsindən ona parlament sədrinin hazırkı şəraitdə İslamabadda planlaşdırılan növbəti görüşdə iştirak etmək niyyətində olmadığı bildirilib.

Xatırladaq ki, ABŞ və İran arasında danışıqların ikinci raundunu aprelin 22-nə planlaşdırılıb.