BAKI, 21 aprel. TELEQRAF
İran Pakistanda ABŞ ilə danışıqlarda iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Ərabi əl-Cədid” nəşrinə İran rəsmisi deyib.
“İslamabadda planlaşdırılan danışıqlarda iştirak etməmək barədə mövqeyimiz dəyişməyib, nümayəndə heyətimiz Pakistana getməyib”, - mənbə bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ikinci raundunun aprelin 22-də İslamabadda keçiriləcəyi deyilirdi.