BAKI, 17 aprel. TELEQRAF
“Regionumuzda - Cənubi Qafqazda sülh istəyirik. Bu, Avropanı Mərkəzi Asiyaya bağlayaraq Orta Dəhlizi gücləndirəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Forumunda deyib.
“Əlbəttə, bundan başqa bir inkişaf yolu da qurulur, bildiyiniz kimi, bu, Türkiyədən başlayıb İran üzərindən keçərək Körfəz ölkələrini Avropaya bağlayır. Dünyanın qalan hissəsi ilə alternativ kanallar vasitəsilə əlaqə kommunikasiya yaradır.
Suriyada sabitlik də logistika baxımından daşımada və enerji sahəsində çoxsaylı imkanlar yarada bilər. Bütün bu şərtləri nəzərə alsaq, Avropa İttifaqının daha fəal rol oynaya biləcəyinə inanıram”, - o bildirib.