BAKI, 13 aprel. TELEQRAF
“İran Silahlı Qüvvələri maksimum döyüş hazırlığı vəziyyətindədir, ölkəyə istənilən hücuma və ya təxribata cavab verəcək”.
Teleqraf xəbər verir ki, bunu İranın müdafiə naziri vəzifəsini icra edən general-mayor Məcid bin əl-Rza deyib.
“İstənilən ssenariyə hazırıq, Silahlı Qüvvələr maksimum döyüş hazırlığı vəziyyətindədir. İstənilən təcavüz və ya təxribat aktına sərt və qətiyyətli cavab veriləcək”, - general bildirib.