BAKI, 30 mart. TELEQRAF

İran ölkənin hava məkanında uçuş qadağasını 5 aprelə qədər uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə bildirib.

Qeyd edilib ki, dövlət, hərbi və tibbi təyyarələrin uçuşları, eləcə də mülki aviasiya hakimiyyətinin xüsusi icazəsi ilə həyata keçirilən axtarış-xilasetmə uçuşları üçün istisnalar edilə bilər.

İranın hava məkanı fevralın 28-dən ABŞ və İsrailin hərbi əməliyyat başlatmasından sonra bağlanıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb.