BAKI, 29 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin baş diplomatik müşaviri Ənvər Qarqaş İranın Körfəz ölkələrinə hücumları ilə bağlı siyasi həll üçün əsas şərtləri açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ənvər Qarqaş "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, İranın ərəb dövlətlərinə qarşı təcavüzünün dayandırılmasına yönəlmiş istənilən siyasi qərar konkret zəmanətləri ehtiva etməlidir:

"Gələcəkdə bu növ hücumların təkrarlanmaması üçün hücum etməmə prinsipi rəsmən təsbit olunmalıdır. İran mülki şəxslərə və önəmli dövlət obyektlərinə vurduğu ziyana görə tam şəkildə təzminat ödəməlidir".