BAKI, 19 mart. TELEQRAF
Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyində ölkənin Kosmik Agentliyi və parlamentin deputatlarının iştirakı ilə dəyirmi masa keçirilib.
Teleqraf xəbər verir ki, görüş iştirakçıları sənayenin hazırkı vəziyyəti və Özbəkistanın ilk astronavtının hazırlanması planlarını müzakirə ediblər.
Agentliyin rəis müavini Muxiddin İbrahimov bildirib ki, kosmosa gedəcək ilk özbək astronavt ümumxalq seçimi nəticəsində seçiləcək.
“Namizədlər bütün səhiyyə, təhsil və təlim tələblərinə cavab verməlidir. Beynəlxalq Kosmik Stansiyasında işləmək üçün rus və ingilis dillərini, Çin stansiyasında işləmək üçün isə Çin və ingilis dillərini bilməlidirlər.
İbrahimovun sözlərinə görə, finalçılar xaricdə ikinci seçim mərhələsindən keçəcəklər. Daha sonra əsas və ehtiyat heyətlər formalaşdırılacaq. Təlim 10-12 ay davam edəcək.
Seçilmiş stansiyadan asılı olaraq, təlimlər ABŞ, Yaponiya, Almaniya və ya Çində keçirilə bilər. Bundan sonra onlar karantinə alınacaq və 10-14 gün kosmosa yola düşəcəklər.
Kosmonavt Yer kürəsinə qayıtdıqdan sonra reabilitasiya mərhələsindən keçəcək.