BAKI, 3 fevral. TELEQRAF

“ABŞ və İsrail ən kiçik yanlışa yol versə, onları ağır peşmançılıq gözləyir”.

Teleqraf xəbər verir ki, bunu İran polisinin komandanı Əhmədrza Radan deyib.

“İslam Respublikası sisteminin onu qorumaq üçün canlarını fəda etməyə hazır sahibi və davamçıları var. Bu, düşmənlərin son fitnələrdə rüsvayçı məğlubiyyətinə səbəb oldu”, - o bildirib.