BAKI, 3 fevral. TELEQRAF
İsrail ordusunun yüksək rütbəli rəsmiləri amerikalı həmkarlarına bildiriblər ki, İsraili təhdid edən, nüvə arsenalı və ballistik raketlərə malik İranın mövcudluğu Təl-Əviv üçün qəbuledilməzdir.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Walla News” saytı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Tehranla danışıqlar aparmaqla yanaşı, maksimum sərtlik və ciddiliklə İrana qarşı genişmiqyaslı hücuma hazırlaşır.
“Walla News” İsrailin Baş Qərargah rəisi Eyal Zamirin Vaşinqtona səfəri və amerikalı həmkarı ilə görüşünü ABŞ ordusunun İrana genişmiqyaslı hücum planına hazırlıq çərçivəsində “son dərəcə yaxın operativ koordinasiyanın zirvə nöqtəsi” kimi qiymətləndirib.
İsrail mənbələri bildiriblər ki, bu yaxın təhlükəsizlik koordinasiyası ABŞ-nin mövqeyini əks etdirir və İsrail istənilən ssenaridə hücumun müxtəlif ölçülərində tərəfdaş ola bilər. Bu isə ortaq mövqenin formalaşdırılması, məsuliyyətlərin bölüşdürülməsi, ssenari və mümkün cavabların araşdırılıb işlənməsini tələb edir.