BAKI, 30 yanvar. TELEQRAF

Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" sərhəd-keçid məntəqəsi fevralın 1-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin tabeliyində olan Fələstin ərazilərində hökumət fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi (COGAT) rəsmi bəyanat yayıb.

Məlumata görə, keçid məntəqəsinin açılması atəşkəs razılaşması və İsrailin siyasi rəhbərliyinin birbaşa göstərişi əsasında baş tutur:

"Əldə olunmuş razılaşmaya uyğun olaraq, "Rəfah" keçid məntəqəsi gələn bazar günü fevralın 1-də hər iki istiqamətdə açılacaq. Lakin keçid bu mərhələdə yalnız insanların məhdud hərəkəti üçün nəzərdə tutulub".