BAKI, 22 yanvar. TELEQRAF

“Cavid Xalis adlı gənc iranlı əsgər günahsız etirazçılara atəş açmaqdan imtina etdiyinə görə edam cəzasına məhkum edilib”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin X hesabında bildirilib.

“Onun imtinası təkcə düzgün qərar deyildi, həm də yeganə əxlaqi seçim idi. Əsgərlərin vəzifəsi vətəndaşlarını qorumaqdır, Cavid də məhz bunu edib.

Silahlarını küçədəki vətəndaşlara qarşı istifadə etməməyə qərar verənlərin İran İslam Respublikası tərəfindən cəzalandırılması qəbuledilməz və insanlıq əleyhinədir, bu insanlar kiminsə ana, ata, qardaş və ya bacasıdır”, - açıqlamada deyilib.

Departament vurğulayıb ki, heç bir hökumət təhlükəsizlik qüvvələrini öz vətəndaşlarına qarşı zor tətbiq etməyə məcbur etməməlidir və vicdanını zülmdən üstün tutanlara ən ağır cəzaları verməməlidir:

“Cavid vicdanı ilə dayandı və bir əsgərin həqiqi vəzifəsini yerinə yetirdi. İran İslam Respublikasının reaksiyası isə, digər reaksiyaları kimi, onun legitimliyinə ləkədir”.