BAKI, 13 yanvar. TELEQRAF

“Əminəm ki, ABŞ Prezidenti Donald Tramp son günlərdə bəyan etdiyi kimi, İrana qarşı qətiyyətli, güclü və hərbi şəkildə hərəkətə keçəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Mark Levin İranda hakimiyyət əleyhinə etirazlar barədə deyib.

“Tramp hamımızın bildiyini bilir: əgər bu rejim bu böhrandan salamat çıxsa, terrorizm və terrorçu bir rejimə qarşı mübarizə aparmaq üçün tarixin ən böyük fürsəti əldən verilmiş olacaq. İranda baş verənlər və o cəsur insanların başına gətirilənlərin qarşısında “diplomatiya və danışıqlar” kimi sözlər tamamilə gülünc, mənasızdır”, - Levin vurğulayıb.

Respublikaçı senator Cim Benks də bildirib ki, İranda hakimiyyət dəyişikliyi üçün real fürsət yaranıb:

“İran vətəndaşlarının qəddar terror rejiminə birdəfəlik son qoymaq üçün real şansları var. Amerika onlarla birlikdədir”.