BAKI, 8 yanvar. TELEQRAF

“İran xalqı on gündən çoxdur Rza Pəhləvinin İrana qayıtmasını ucadan tələb edir. Xalq inanır ki, dini rejimdən demokratiya və dünyəviliyə keçidi həyata keçirə biləcək yeganə şəxs odur”.

Teleqraf xəbər verir ki, bu sözləri Belçika parlamentinin iranəsilli üzvü Dərya Səfai deyib.

“Dini rejim son nöqtəyə çatıb, İran xalqı 47 ildən sonra son döyüşə hazırdır. Dini rejimin 47 illik hakimiyyəti tarixi səhv idi, İran xalqı öz tarixini yenidən yazır”, - deputat bildirib.

İranda davam edən ümumxalq etirazları fonunda ailəsinin 47 ildən sonra yenidən hakimiyyətə qayıdacağına dair ümidli olan Rza Pəhləvi bütün vətəndaşları 8-9 yanvar tarixlərində küçə və meydanlara çıxmağa çağırıb. İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu hakimiyyətin ötürülməsini ehtiva edən plan hazırladığını açıqlayıb.