BAKI, 6 yanvar. TELEQRAF

“Düşmənlər Pəhləviləri yenidən İranda hakimiyyətə gətirməyə çalışırlar”.

Teleqraf xəbər verir ki, bunu İranın Lorestan vilayətinin valisi Səid Şahruhi bu bölgə və ölkənin digər regionlarında davam edən etiraz aksiyaları barədə danışarkən deyib.

“Düşmən Pəhləvi ideologiyasındadır. Əlbəttə, düşmənlər xalqımız üçün narahat deyillər və bu gün insanlar inflyasiya, mənimsəmə və sairə üçün sistem və rəhbərliyi günahlandırmırlar. Yüz illik yolu bir gecədə qət etmək istəyənlər ola bilər, amma bunlar bu insanlar tərəfindən rədd ediləcək”, - vali bildirib.

Xatırladaq ki, Pəhləvilərin İranda hakimiyyətinə 1979-cu ildə baş verən hakimiyyət çevrilişi nəticəsində son qoyulub. O zaman çevrilişə rəhbərlik edən Ruhullah Xomeyni İranın sonuncu şahı Məhəmmədrza Pəhləvini devirib. Hazırda ABŞ-də yaşayan Pəhləvi ailəsinin varisi Rza Pəhləvi hakimiyyətə iddialıdır. O, Amerika KİV-ə son müsahibəsində uyğun vəziyyətdə bu məqsəd üçün İrana qayıdacağını açıqlayıb.