BAKI, 30 dekabr. TELEQRAF

İranın Tehran vilayətinin Enerjinin səmərəli istehlakının idarə olunması üzrə İşçi Qrupu dekabrın 31-də bölgədə bütün məktəb, universitet və bankların bağlanacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Bildirilib ki, bu qərar havanın kəskin soyuması və enerji təminatının qorunması məqsədilə qəbul edilib.

Açıqlamada həmçinin bütün dövlət idarələri və müəssisələrinin, ticarət mərkəzləri və ali təhsil müəssisələrinin də fəaliyyətini dayandıracağı qeyd olunub.

Qeyd edək ki, Tehranda ABŞ dollarının bahalaşması və riyalın kəskin ucuzlaşması ilə bağlı etirazlar başlayıb və qısa müddətdə geniş vüsət alıb. Dekabrın 29-da tətil və etiraz aksiyaları ölkə üzrə yayılıb, etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər. Sahibkarlar bazarlarda ticarət obyektlərini bağlı saxlamağa davam edəcəklərini bəyan ediblər.

Etirazlar zamanı İran Mərkəzi Bankının sədri istefa verib. Prezident Məsud Pezeşkian etirazları və bazarlardakı gərginliyi sakitləşdirmək məqsədilə bu vəzifəyə sabiq rəhbər Əbdülnasir Hemmatini təyin edib.