BAKI, 27 dekabr. TELEQRAF
İran Hərbi Hava Qüvvələrinin komandanı general Bəhmən Behmard erməni deputat Ara Şahverdiyan və xristian hərbçilərlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
General dini və etnik mənsubiyyətindən asılı olmayaraq xarici təhdidlərə qarşı birgə mübarizə aparmağa çağırıb.
Behmard qeyd edib ki, bütün iranlılar xarici təhdidlər və düşmənlərə qarşı dayanmalı, onların İrana müdaxilə etməsinə imkan verməməlidir.