BAKI, 27 noyabr. TELEQRAF
“ABŞ 12 günlük müharibə zamanı İrana qarşı həyata keçirilən hərbi hücumlardan irəli gələn maddi və mənəvi zərərləri tam şəkildə ödəməyə borcludur”.
Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT baş katibi və BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirib.
“İsrail tərəfindən və ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilmiş təcavüzkar əməl İranın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmişdi, bu, BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır”, - iranlı diplomat qeyd edib.