BAKI, 30 oktyabr. TELEQRAF

“İran xalqı bir gün mütləq ayağa qalxacaq”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin (1941-1979) oğlu Rza Pəhləvi sosial mediada yazıb.

“İran hələ də ayaqdadır. Bu xalq yaralanıb, amma sınmayıb, o, bir daha ayağa qalxacaq”, - o bildirib.

Rza Pəhləvi İran xalqını öz məsuliyyətini dərk etməyə və onu kiçik görməməyə çağırıb.

Qeyd edək ki, İran şahının oğlu ölkənin mövcud dini-siyasi rejiminə qarşı tənqidi fikirləri və sərt mövqeyi ilə tanınır.