BAKI, 9 oktyabr. TELEQRAF
İsrail Prezidenti İsxaq Hersoq Qəzza zolağında müharibəyə son qoymaq üçün İsrail və HƏMAS arasında razılaşmanın əldə edilməsində vasitəçilik edən ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq olduğunu deyib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“O, şübhəsiz ki, buna görə Nobel Sülh Mükafatına layiqdir”, - İsrail lideri bildirib.
İsxaq Hersoq razılaşmanı “barışıq, şəfa və region üçün yeni ümid üfüqü üçün bir fürsət” adlandırıb.
Qeyd edək ki, bu gün İsrail və HƏMAS arasında ABŞ liderinin vasitəçiliyi ilə atəşkəs razılaşmasının imzalanacağı açıqlanıb.