BAKI, 2 oktyabr. TELEQRAF
Türkiyənin İstanbul şəhərində (Mərmərə dənizi sahillərində) baş verən 5 bal gücündə zəlzələ nəticəsində 17 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat verib.
***
16:06
Türkiyənin İstanbul şəhərində beş bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Qeyd edilib ki, episentri 6,5 km dərinlikdə qeydə alınan zəlzələ İstanbulun Tekirdağ və Marmaraereğli bölgələrində hiss olunub.
Boğaziçi Universitetinin Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu da açıqlama yayıb. Məlumatlara görə, zəlzələ 5,3 bal gücündə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.