BAKI, 30 iyun. TELEQRAF

“ABŞ Livan hakimiyyətinə təzyiq edərək, “Hizbullah”ın tərksilah edilməsi prosesinə tez bir zamanda başlamağı tələb edib. Bu, Vaşinqtonun Livan və İsrail arasında münasibətləri normallaşdırmaq istəyi ilə bağlıdır”.

Teleqraf xəbər verir ki, bunu “The National” Livan rəsmisi deyib.

Mənbə bildirib: “ABŞ nümayəndələrinin bu yaxınlarda təqdim etdiyi sənədə əsasən, “Hizbullah”ın müəyyən edilmiş vaxt çərçivəsində silahlarını yerə qoyması gözlənilir və kabinetdən bu prosesin hüquqi çərçivədə keçirilməsi tələb olunur”.

O əlavə edib ki, Vaşinqton bu addımı İsraillə münasibətlərin qurulması prosesinin ilk mərhələsi hesab edir.