BAKI, 22 iyun. TELEQRAF
Livanın “Hizbullah” təşkilatı ABŞ-nin İranın əsas nüvə obyektlərinə zərbələrini pisləyib.
Teleqraf xəbər verir ki, təşkilat bu addımı dinc nüvə obyektlərinə xain hücum adlandırıb.
Hərbi qruplaşmanın bəyanatında bildirilir ki, bu hücum regionda müharibənin dairəsinin genişlənməsi təhlükəsi yaradan məsuliyyətsiz və təhlükəli eskalasiyadır.
“Hizbullah” İran və onun rəhbərliyi ilə tam həmrəy olduğunu bəyan edib.