
BAKI, 18 iyun. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi Tehran nümayəndə heyətinin Omana səfər etməsi xəbərini təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı bildirib.
İran hökumətinə məxsus iki təyyarənin Omana enməsi xəbərləri fonunda Maskatda Tehran və Vaşinqton arasında danışıqların olacağı barədə KİV-də məlumat yayılmışdı.
***
19:28
İranı tərk edərək Omanın Maskat şəhərinə enən üç təyyarədən ikisi İran hökumətinə məxsusdur.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Söhbət A321 və A340 tipli təyyarələrdən gedir.
***
18:47
İranın rəsmi nümayəndə heyəti Omana gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nümayəndə heyətinin hansı məqsədlə Omana gəldiyi məlum deyil.
***
18:34
İranı tərk edən hökumətə məxsus iki təyyarə Omana enib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadla İsrail mətbuatı məlumat yayıb.
***
18:13
Bir müddət əvvəl İran hökumətinə məxsus təyyarə ölkəni tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Təyyarədə kimin və ya kimlərin olduğu bildirilməyib.