BAKI, 18 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri İranın Kirmanşah vilayətində “İmam Həsən” hərbi bazasına pilotsuz təyyarələrlə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“İsrail pilotsuz təyyarələri İranın Kirmanşah vilayətinin hava məkanında sərbəst uçurlar. Hava reydləri zamanı “İmam Həsən” bazasına hücum olub”, - KİV bildirib.