BAKI. 17 iyun. TELEQRA
İran hələ İsrailə qarşı ciddi əməliyyatlar keçirməyib, yalnız xəbərdarlıq zərbələri ilə kifayətlənib.
Teleqraf xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi videobəyanatında bildirib.
"İndiyə qədər həyata keçirilən əməliyyatlar yalnız düşməni çəkindirmək məqsədi daşıyan xəbərdarlıq addımları idi. Tezliklə cəza əməliyyatları həyata keçiriləcək", - Musəvi vurğulayıb.
O, həmçinin israilliləri Tel-Əviv və Hayfanı tərk etməyə çağırıb.
"İşğal olunmuş ərazilərin sakinlərini, xüsusilə Tel-Əviv və Hayfada yaşayanları, öz həyatları naminə bu əraziləri tərk etməyə çağırırıq", - videobəyanatda deyilir.