BAKI, 17 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri İranın Həmədan vilayətinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Hava hücumu zamanı vilayətdə İran ordusunun hərbi hədəflərinin vurulduğu bildirilib. Hücumlardan sonra bölgədə güclü partlayış səsləri eşidilib.
Əməliyyatların nəticələri barədə hələlik məlumat yoxdur.