BAKI, 10 iyun. TELEQRAF

İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə altıncı danışıqlar raundu iyunun 15-də Oman Sultanlığının paytaxtı Maskatda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bldirib.

“İran ilə ABŞ arasında növbəti danışıqlar bazar günü Maskatda baş tutacaq”,- o qeyd edib.

Xatırladaq ki, tərəflər sonuncu yəni beşinci raundu mayın 23-də İtaliyanın paytaxtı Romada keçiriblər.