BAKI, 1 may. TELEQRAF
ABŞ İranın nüvə proqramı üzrə danışıqların dördüncü raundunda iştirakını təsdiqləməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqların növbəti mərhələsinin vaxtı və yeri hələ təsdiqlənməyib, amma yaxın vaxtlarda elan edilə bilər.
Xatırladaq ki, Oman Xarici İşlər Nazirliyi bundan əvvəl mayın 3-nə planlaşdırılan görüşün logistik səbəblərə görə təxirə salındığını açıqlamışdı. Məlumatda deyilir ki, yeni tarixlər tərəflər arasında ikitərəfli razılaşma əldə edildikdən sonra açıqlanacaq.
ABŞ və İran arasında bundan əvvəlki üç görüşün ikisi vasitəçi rolunda çıxış edən Omanda, biri isə İtaliyada keçirilmişdi.