BAKI, 26 aprel. TELEQRAF

İran ilə ABŞ arasında Omanda keçirilən üçüncü raund danışıqlar bir gündən artıq davam edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, danışıqlar əvvəlcə bir günlük planlaşdırılsa da, texniki və ekspert səviyyəsində məsləhətləşmələrə keçid səbəbi ilə proses uzana bilər. Hazırda detallı məsələlər müzakirə olunur.

Qeyd edək ki, ABŞ və İran arasında Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli məqsədilə aparılan bu danışıqlarda Oman vasitəçi rolunu oynayır. Bu gün paralel olaraq həm yüksək səviyyəli siyasi danışıqlar, həm də ekspertlər arasında texniki məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulub.