BAKI, 29 aprel. TELEQRAF
Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur.
Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq, Qrız), Qusar (Laza) qar, digər ərazilərə isə yağış yağır.
Düşən yağıntının miqdarı Qəbələdə 17, Oğuzda 12, Göyçayda 9, Şəki, Qaxda 8, Yevlax, İsmayıllı, Göygöl, Şahbuzda 6, Şamaxı, Xızı, Xaltan, Ağsu, Naftalanda 5, Mingəçevir, Kürdəmir, Qobustanda 4, Şabran, Daşkəsən, Tərtər, Bərdə, Zərdab, Gədəbəydə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Quba, Yardımlı, Ağdam, Goranboy, Ordubadda 2, Xaçmaz, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, İmişli, Sabirabad, Biləsuvar, Lerik, Astara, Zaqatala, Şəmkir, Tovuz, Balakən, Gəncə, Naxçıvan, Şərurda 1 mm-dir.