BAKI, 5 iyun. TELEQRAF

Son 20 il ərzində təkcə Bakı şəhərində yüzdən çox park və yaşıllıq zonası salınıb, ekoloji tarazlığın qorunması və vətəndaşların daha sağlam mühitdə yaşaması istiqamətində genişmiqyaslı layihələr icra olunub.

Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.

O bildirib ki, Azərbaycan zəngin təbiətə malik ölkədir və bu mirasın mühafizəsi, qorunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların inkişafı, meşə ilə örtülük sahələrinin artırılması bu gün məsuliyyət, gələcəyə isə töhfədir.

"2030-cu ilə qədər bərpaolunan enerji payının 30%-ə çatdırılması hədəflənib", - nazir əlavə edib.