BAKI, 5 iyun. TELEQRAF

İqlim tədbirlərinə çağırış edilir və bu istixana qazı emissiyalarının azaldılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini göstərir.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.

O bildirib ki, burada çox aydın mesajlar verilir.

"Dünya da bu mesajı nəzərə alır. Hamımız eyni addımı atmalı və iqlim dəyişikliyi ilə elə mübarizə aparmalıyıq ki, sanki həyatımız bundan asılıdır. Çünki həqiqətən də həyatımız bundan asılıdır", - o vurğulayıb.